Lənkəran İH-dən aksiya xəbərinə rəsmi reaksiya - Açıqlama

img

28-02-2015 [23:26]


Bu gün ölkənin bəzi xəbər saytlarında "Lənkəranda bahalaşmaya etiraz aksiyası" başlıqlı xəbərlərə rəsmi reaskiya verilib.

Lənkəran şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən açıqlamaya görə, Lənkəranda hər hansı bir aksiya olmayıb: "Azadliq.info, avropa.info, virtualaz.org və digər xəbər portallarında  yayılan xəbərlər tam əsassız və yalan məlumatlardır. Əvvəla Lənkəranda heç bir ticarət şəbəkəsində süni qiymət artımı olmayıb. Hazırda da qiymətlər sabitdir. İkincisi, gün ərzində nə Lənkəran şəhər İcra Hakimiyyətinin yaxınlığında, nə də şəhər və rayon ərazisində heç bir aksiya və yaxud narahatedici hadisə baş verməyib. Əgər olmayıbsa, deməli, heç yerə də polis qüvvələri göndərilməyib. Çox təəssüf ki, olmayan hadisələr haqda yalan xarakterli məlumat yayılıb”.

İcra Hakimiyyətindən bildirilib ki, bu cür yalan məlumatların yayılması xoşagələ deyil: "Çaşqınlıq yaratmaq məqsədi ilə bu cür yalan və saxta informasiyaları dəqiqləşdirmədən, ən azından aidiyyatı təşkilatların rəyini öyrənmədən yaymaq həmin informasiya orqanlarının nüfuzuna xələl gətirir. Onların obyektlivliyinə inamsızlıq yaradır. Bir daha rəsmi şəkildə bəyan edirik ki, Lənkəranda nə süni qiymət artımı, nə də aksiya olub”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA