Ramil Usubov işdən çıxartdığı rəisə yeni vəzifə verdi-TƏYİNAT

img

28-02-2015 [14:20]


Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub. Hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Sadiq Mədətov Bakı şəhəri Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyət üzrə müavini təyin olunub.

Qeyd edək ki, S.Mədətov uzun illər Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işləyib və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Bir müddət əvvəl isə o, nazirin əmri ilə işdən çıxarılaraq sərəncama göndərilib.

S.Mədətovun yerinə polis polkovnik-leytenantı İlqar Rüstəmli rəis təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA