27-02-2015 [17:10]
Fevralın 27-də "Azərsu” Açıq Səhmdar Cəmiyyətində Regional Təlim-İnkişaf Proqramının yekunlarına həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, Səhmdar Cəmiyyətin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə Regional Təlim-İnkişaf Proqramı ilə bağlı geniş təqdimatla çıxış edərək bildirib ki, işçilərin biliklərinin və peşəkarlıq qabiliyyətinin yüksəldilməsi məqsədilə 2014-cü ildə kompleks təlimlərin keçirilməsinə qərar verilmişdir. İlin müxtəlif dövrlərində Quba, Lənkəran, Şamaxı, Gəncə, Mingəçevir, Füzuli, Şirvan şəhərləri mərkəz seçilməklə 7 regionda təlimlər təşkil olunub.
Proqram çərçivəsində regionlarda fəaliyyət göstərən 58 təşkilatın 1249 işçisi 9 istiqamət üzrə təlimlərdə iştirak etmişdir. Təlimlərdən əvvəl və sonra iştirakçıların bilikləri qiymətləndirilərək müqayisəli təhlillər aparılmış və nəticələr qənaətbəxş olmuşdur. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsinəxüsusi diqqət yetirilmiş və müxtəlif sosial proqramlar təşkil edilib.
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov birinci Regional Təlim-İnkişaf Proqramının yüksək səviyyədə təşkil edildiyini bildirmiş və nəticələrdən razı qaldığını diqqətə çatdırıb.
Cəmiyyətin sədri qeyd edib ki, icra olunan layihələrdə ən son texnologiyalar və idarəetmə metodlarından istifadəyə üstünlük verildiyindən kadr hazırlığı məsələləri bundan sonra da diqqətdə saxlanılacaq və daha da gücləndiriləcəkdir: "Qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə mütəxəssislərimiz mütəmadi olaraq təlimlərə göndərilir. İcrasına ötən il başlanılmış Regional Təlim-İnkişaf Proqramını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislər qazandıqları bilik və təcrübələri fəaliyyətlərində tətbiq edir, digər həmkarları ilə paylaşırlar.
"Azərsu” ASC işçilərin peşəkarlığının artırılması məqsədilə layihələrin icrasını bundan sonra da davam etdirəcək”.
"Azərsu” ASC-nin "Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd etmişdir ki, regional təlimlərin təşkili Səhmdar Cəmiyyətin kadr bazasının formalaşdırılmasına əlverişli imkanlar yaratmışdır. Rayon sukanal idarələrinin əməkdaşları təlim çərçivəsində biliklərini artırmaqla yanaşı, su təchizatı və kanalizasiya sektorundakı yeniliklərlə tanış olmaq imkanı qazanıblar.
Təlimlərin iştirakçısı olmuş Zərdab Sukanal İdarəsinin əməkdaşı Nərminə Məmmədzadə təlim proqramının əhəmiyyətindən danışmış və qeyd edib ki, təlimdə qazanılmış nəzəri və praktiki təcrübə sonrakı iş proseslərində böyük fayda verir.
Tədbirin sonunda təlimləri müvəffəqiyyətlə başa vurmuş 16 əməkdaş və təlimlərin təşkilində fəallıq nümayiş etdirmiş 13 işçi mükafatlandırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi