Prezident fərman imzaladı; Milli Təhlükəsizlik Nazirliyinə əlavə səlahiyyət verildi

img

27-02-2015 [11:55]



"Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun təsdiq edilib.

Bu barədə prezident İlham Əliyev fərman imzalayıb. Fərmanda Baş Prokurorluğa tövsiyə edilib və Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılıb ki, şəxsin xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirlərini keçirərkən, "Dövlət sirri haqqında” qanunun müvafiq maddəsində nəzərdə tutulan əsasın olub-olmaması barədə Milli Təhlükəsizlik Nazirliyinin rəyini alacaqlar.

Nazirlər Kabinetinə tapşırılıb ki, Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin.

Bundan başqa, NK mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlayacaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verəcək.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA