Nazir oğlunun toy xəbəri

img

27-02-2015 [11:52]


Bu gün ölkə mətbuatında Azərbaycanın fövqəladə hallar naziri Kamaləddin Heydərovun kiçik oğlu Nicatın toyunun olacağı ilə bağlı məlumatlar yayılıb.

Həmçinin sosial şəbəklərdə də qeyd olunub ki, Nicat Heydərovun toyu sabah paytaxtın dəbdəbəli şadlıq saraylarından birində keçiriləcək.

Nazirin yaxın dostu, tanınmış şair Baba Vəziroğlu bu xəbərlərə aydınlıq gətirib.
AzVision.az-a açıqlama verən B.Vəziroğlu bildirib ki, Nicat Heydərovun toy mərasimin keçirilməsi haqda yayılan informasiyalar yalandır:

"Kəmaləddin müəllimin iki oğlu var. Hər ikisi də evlidir. Mən bu xəbərlərə çox təəccübləndim. Tale də, Nicat da evlidirlər. Onlar hər ikisi çoxdan evlidir. Bu xəbərlər dezinformasiydır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA