27-02-2015 [09:46]
Mia.az xəbər verir ki, "Yeni Müsavat” qəzetinin hazırladığı məqalədə bildirilir ki, Baş nazir Artur Rəsizadənin siyahının başında getdiyi bildirilir. Qəzet yazır ki, 80 yaşlı baş nazirin "Şöhrət” ordeni ilə təltif olunması da onun təntənəli yola salınmasına hazırlıq kimi qiymətləndirilə bilər.
Bu dəyişikliyə gedilməsini şərtləndirən mühüm amil Azərbaycan hökumətinin də etiraf etdiyi kimi, iqtisadi böhrandır. İqtisadi böhran dövründə isə komandaya yeni nəfəs lazımdır - daha çevik, enerjili və təravətli...
Hər halda, hakimiyyət gənc məmur ordusu ilə ağrılı prosesi daha sürətli keçə bilər. Mümkündür ki, köhnə məmurların bəzilərinin rəhbərlik etdiyi sahələr "yeni iqtisadiyyata keçid” səbəbindən ya ləğv edilsin, ya da səlahiyyətləri və işçiləri əhəmiyyətli dərəcədə azaldılsın.
Belə bir qərar "köhnə”lərdən sayılan "Azərenerji” prezidenti Etibar Pirverdiyev və Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla bağlı artıq verilib. Ən qısa zamanda Prezident Administrasiyasında da ciddi kadr dəyişiklikləri gözləniləndir...
Milli Məclisin Sosial-iqtisadi komitəsinin üzvü, deputat Vahid Əhmədov neftdən sonrakı dövrlə bağlı hansı addımlar atılmalı olduğu haqda "Yeni Müsavat”a danışdı. Deputatın sözlərinə görə, manatın kursu ilə bağlı tədbirlər planı hazırlanıb və işlər görülməkdədir. V.Əhmədov onu da qeyd etdi ki, neftin qiymətinin bu dərəcədə ucuzlaşması gözlənilən deyildi: "Neft 55-60 dollar səviyyəsində idi. Biz istehsalın və ixracın azalmasını görürdük. Artıq 5-6 faiz azalma var idi. Qeyri-neft sektorunun inkişafı üçün texnoparklar yaradıldı. Ancaq qeyri-neft sektorunun inkişafı üçün işlər davam etməlidir”.
Deputat struktur islahatlarının davamı kimi kadr islahatlarının olmasını istisna etmədi: "Struktur islahatlarının aparılması vacibdir. Bundan sonra da olmalıdır. Bəzi qurumlar bir-birini təkrarlayır, onlar birləşdirilməlidir, bəziləri ləğv olunmalıdır. Məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi səlahiyyətlərini çoxdan bitirmişdi. Artıq torpaqlar paylanmışdı, özəlləşdirilmişdi. ”Azərişıq" ASC-nin yaradılması da vacib idi. Çünki işığın satışı və istehsalı ilə bir təşkilat məşğul olmalıdır.
Əvvəl "Bakıelektrikşəbəkə” paytaxtın işıq satışını təşkil edirdisə, indi bütün respublikada elektrik enerjisinin satışı və istehsalını bir təşkilat həyata keçirəcək. Hesab edirəm ki, bu islahatlar davam etməlidir. Bunun davamı kimi kadr islahatları da ola bilər. Bu ölkədə gedən iqtisadi proseslərdən asılıdır. Eyni zamanda dövlət başçısının səlahiyyətlərinə daxil olan məsələdir".
Deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə hökumətdə kadr islahatları olub-olmayacağından məlumatsızdır. Onun sözlərinə görə, özü hakimiyyətdə olsaydı kiminlə işləyəcəyini müəyyən edərdi. Deputat "Yeni Müsavat”a komandanı müəyyən etməyin birinci şəxsin səlahiyyətində olduğunu bildirdi: "Belə bir yanaşma yoxdur ki, prezidentə kimi postunda saxlayıb-saxlamayacağını göstərəsən. Bu baxış düzgün deyil. Ölkə başçısı özü bilir ki, kiminlə işləmək lazımdır. Artıq kim neçə il eyni vəzifədə qalıbsa, buna da özü qərar verib. Bu komanda ilə işləmək istəyibsə, biz ona deyə bilmərik ki, filan vəzifəyə filankəsi təyin et. Xalq və müxalifət narazı ola bilər. Bu narazılığa görə seçkilərdə hökuməti dəyişə bilər. Hansı komanda ilə işləyəcəyini birinci şəxs özü müəyyən edir”.
"Turan” İnformasiya Agentliyinin direktoru, siyasi icmalçı Mehman Əliyev kadr islahatlarının olacağını düşünür. Siyasi ekspert bütün sahələr üzrə islahatların olacağını proqnozlaşdırır. Onun fikrincə, bütövlükdə gedən islahatlarda məmur-oliqarxiya sıradan çıxarılacaq, yeni idarəetmə sistemi yaradılacaq.
M.Əliyevin sözlərinə görə, yeni şəffaf sistem olacağı gözləniləndir və dövlət vəsaitlərinin mənimsənilməsi prosesində məhdudiyyət tətbiq olunacaq: "Bu dəyişikliklər bütün sahələri əhatə edəcək. Monopoliyanın qismən aradan qaldırılması da ola bilər. Mən ötən ilin yayında bu proqnozları verirdim. Çünki iqtisadi proseslər, neftin istehsalının azalması vəziyyətin bu yerə gələcəyinə işarə idi. Hökumət manatın kursunun saxlanması üçün 300 milyon xərcləyirdisə, artıq milyard yarımı keçmişdi. O baxımdan islahatlar qaçılmazdır”.
Siyasi analitik kadr islahatlarının olacağını təkcə proqnozlarına istinad etmir: "Müəyyən məlumatlar daxil olur və bu informasiyalar təsdiqləyir ki, hakimiyyət islahatlara getməli olacaq. Amerika ilə də müştərək komissiya yaradılıb və dəyişikliklərin olması haqda müzakirələr aparılacaq. Ölkənin modernləşdirilməsi, islahatlar barədə söhbətlər gedəcək. Əgər may ayından bu islahatlara start verilirsə, iqtisadi proseslə sürətlə gedəcək. Hakimiyyət indi daha çox tələsir və çevik olmağa çalışır. Əli Həsənovun prezident köməkçisi təyinatı də o deməkdir ki, QHT, media və müxalifətlə danışıqlar davam edəcək. Bu dəfə artıq prezidentin köməkçisi prezidentin adından müxalifətlə danışacaq”.
Müsahibimiz A.Rəsizadənin postundan gedəcəyini də istisna etmir: "Ölkədə gedən iqtisadi proseslərə görə indi baş nazir postuna daha cavan kadr lazımdır. Bu dəyişikliklər prosesi başlasa, Nazirlər Kabinetinin yeni komanda və rəhbərə ehtiyacı olacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi