Səbaildə 26803 nəfər tibbi müayinədən keçib

img

26-02-2015 [16:07]



Fevralın 2-dən etibarən artıq Səbail rayonu üzrə 26803 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin olunub. 

Mia.az-a daxil olan məlumata görə, müayinələr zamanı daha çox arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş, onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunub. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər. 

Rayonda əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsi yerlərinin biri də Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikasıdır. Qəsəbədə 35 mindən çox əhali yaşayır, 3 minə yaxın məcburi köçkün məskunlaşmışdır. Onların tibbi müayinələrdən keçiriləmsi üçün qəsəbə nümayəndəliyi, yerli bələdiyyə, qəsəbədəki orta və məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət evi, kitabxana və digər qurumların kollektivləri, qəsəbə ictimaiyyətinin nümayəndələri tərəfindən təbliğat və izahetmə işləri aparılmış, xəstə, kimsəsiz, tənha vətəndaşların müayinəsi üçün səyyar həkim briqadaları təşkil olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA