“Nurgün” şirkətinin vitse-prezidenti oteldə ölü tapıldı - FOTO

img

26-02-2015 [00:32]


"Nurgün” şirkətlər qrupunun vitse-prezidenti Müşfiq Səfiyevin üzərində zorakılıq olmayan meyiti bu gün saat 17:00 radələrində Salyan Olimpiya-İdman Kompleksinin mehmanxanasında aşkarlanıb.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, şirkətin Salyandakı fəaliyyəti ilə əlaqədar rayona gələrək həmin mehmanxanada qalan vitse-prezident qapının döyülməsinə və telefon zənglərinə cavab verməyib. Bunu görən otel işçiləri onun qaldığı otağa pəncərədən daxil olarkən şirkət rəsmisinin meyitini görüblər. O, artıq çoxdan keçinibmiş.

Mərhumun cəsədinin ətrafına istifadə etdiyi dərmanlar da səpələnibmiş.

50 yaşlı Müşfiq Səfiyev yüksək qan təzyiqindən əziyyət çəkdiyi üçün onun beyninə qan sızdığı ehtimal olunur.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Əlavə məlumatlar verməyə çalışacağıq. Virtualaz.org saytının müxbiri hadisəni araşdırmaqla məşğuldur.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur. Mərhum M.Səfiyevin Salyanda iri maldarlıq təsərrüfatı ilə məşğul olduğu da deyilir. Onun Salyan və Neftçala rayonları ərazisində iri maldarlıq ferması olub. Həmin fermalarda Avropadan idxal olunmuş cins inəklər bəslənirmiş.


Faciənin baş verdiyi otel


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA