Şəmkirdə "Qarabağa azadlıq, Xocalıya ədalət" kampaniyası - Forum (FOTO)

img

25-02-2015 [19:38]


Şəmkir Heydər Əliyev Mərkəzində "Qarabağa azadlıq, Xocalıya ədalət" kampaniyası çərçivəsində tarixçilərin Forumu keçirilib. 

Mia.az xəbər verir ki, forumda  Şəmkir rayon İH rəsmiləri, tarix müəllimləri, müxtəlif təşkilatların nümayəndələri, şagirdlər iştirak edib.

Öncə forum iştirakçıları Xocalı soyqırım qurbanlarının şərəfinə ucaldılmış abidəni ziyarət edərək əklil  qoyublar. Forum Şəmkir Heydər Əliyev Mərkəzində davam edib.  Xocalı soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumu Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə açıb. Sonra  Forum rayon tarix müəllimlərinin müxtəlif dövrlərdə azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmaları ilə bağlı məruzələri dinlənilib.

Kol Təhnəli kənd orta məktəbinin müəllimi Elza Hüseynovanın "Ermənilərin Qarabağa köçürülməsi tarixindən”, Gəncə Dövlət Universitetinin dissertantı,   Aşağı Seyfeli Natiq Abbasov adına tam orta məktəbin müəllimi   Xəyal Nəsibovun  "1918-ci il mart soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının araşdırmalarında”,  Cahangir Rüstəmovadına Şəmkir şəhər  tam orta  məktəbin müəllimi Ceyhun Məmmədovun 1919-cu il Qarabağ general-qubernatorluğu”, Turanə Məmmədovanın "Qarabağ xanəndələri və musiqi xadimləri”, Aşağı Seyfeli kənd orta məktəbin müəllimi Pərvin İsmayılovun "Xocalı dunən, bu gün və sabah” mövzusunda məruzələri ilə davam edib.

Daha sonra Şəmkir rayon tarixçilərinin Forum iştirakçlarının muraciəti oxunub.

Sonda Mərkəzin qalereyasında gənc rəssamların "Xocalı müasir nəslin gözündə" mövzusunda əl işlərindən ibarət sərgi  nümayiş olunub.

Qeyd edək ki, kampaniyası çərçivəsində keçirilən forumun əsas məqsədi Xocalıda baş verən dəhşətli hadisələri  yenidən xatırlamaq, dünya ictimaiyyətinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətini bir daha Xocalı həqiqətlərinə, bu böyük qətliamın beynəlxalq miqyasda soyqırım statusu almasının zəruriliyinə  cəlb etməkdir.  Həmçinin rayon tarixçilərinin şəbəkəsinin yaradılması, tariximizdə baş verən qanlı hadisələrlə bağlı birgə tədbirlərin təşkilinə, elmi məqalələrin yazılıb nəşr edilməsinə nail olmaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA