Nazirlikdən süni qiymət artıranlara daha bir xəbərdarlıq - reydlər davam edir

img

25-02-2015 [18:17]


İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, aidiyyəti dövlət qurumları ilə birlikdə görülmüş tədbirlər nəticəsində əsas ərzaq məhsullarının və dərman preparatlarının satış qiymətlərinin əvvəlki səviyyədə saxlanılması təmin edilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, ölkədə manatın ucuzlaşmasından sonra bəzi ticarət obyektləri məhsullarının qiymətini artırıblar. Qiymət artımı xüsusilə siqaret və spirtli içkilərdə hiss olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA