Səfir Polad Bülbüloğlu ilə bağlı sərəncam verildi

img

25-02-2015 [18:16]


Bu gün Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycanın Rusiyadakı səfirliyində olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, gəlişin məqsədi çoxillik yaradıcılıq fəaliyyəti və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir Polad Bülbüloğluna "Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunması haqqında sərəncamı təqdim etmək olub.

Dostluq ab-havasında keçən görüşdə P.Bülbüloğlu və R.Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə edib və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

R.Abdulatipov P.Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədi ilə Dağıstana dəvət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA