Prokurorluqdan şok manat əməliyyatı - Iki nəfər həbs olundu

img

25-02-2015 [16:29]


Bakıda valyutadəyişmə məntəqələrinin birində köhnə məzənnə ilə pul alan və satanlar həbs olunub. Axar.az-a özəl mənbədən verilən xəbərə görə, hadisə metronun "Neftçilər” stansiyası yaxınlığındakı məntəqələrin birində baş verib. Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 3 min dolları köhnə məzənnə ilə 2800 manata alan taksi sürücüsü və məntəqə işçisi saxlanılıb. Belə ki, məzənnədə 1 dollar 1,05 manata olduğu halda kursdan aşağı valyuta dəyişməsinə cəhd olunub. Bu zaman əməliyyatçılar hər iki şəxsi həbs edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA