25-02-2015 [00:42]
Bu günlərdə gənc hüquqşünas Qaya Əliyevin 2014-cü ildə nəşr edilmiş "Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyasının yenidən işlənmiş ikinci nəşri "Elm və Təhsil” nəşriyyatı tərəfindən, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sifarişi və maliyyə dəstəyi ilə nəfis tərtibatda, kütləvi tirajla işıq üzü görmüşdür.
Monoqrafiyada Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin mənbələrinin konseptual əsasları tədqiq olunmuşdur. Tədqiqat zamanı cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə boşluqların və kolliziyaların aradan qaldırılması istiqamətində bir sıra elmi-praktik təkliflər irəli sürülmüşdür ki, həmin təkliflərdən normayaratma orqanları istifadə edə bilər.
Azərbaycan Hüquq İslahatları Mərkəzinin və şəxsən həmin ictimai birliyin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Hakimlərin Seçki Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoruAnar Bağırovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görmüş kitab ali məktəblərin hüquq fakültələrinin tələbələri həmçinin elmi işçilər, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşları, hakimlər, prokurorlar, müstəntiqlər, habelə dövlət qulluqçuları və cinayət-prosessual hüquq sahəsi ilə maraqlanan bütün hüquq ictimaiyyəti nümayəndələri üçün nəzərdə tutulmuşdur.
Kitabın elmi redaktoru görkəmli hüquqşünas alim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun «Cinayət hüququ və cinayət prosesi» şöbəsinin baş elmi işçisi, hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyevdir. Kitabın rəyçiləri - AMEA – nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov, BDU-nun «Cinayət hüququ və kriminologiya» kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Firudin Səməndərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət quruculuğu və hüquq» kafedrasının müdiri, hüquq elmləri namizədi, dosentFəxrəddin Nağıyev, hüquq elmləri üzrə fəlsəfə doktoru Zaur Əzimov və başqalarıdır.
Xatırladaq ki, kitab məhsuldar yaradıcılıq dövrü keçirən gənc hüquqşünas və yazarın son 6 ayda nəşr olunmuş sayca üçüncü əsəridir. Belə ki, ötən il müəllifin "Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyası, ötən ay isə Qarabağ müharibəsində Yasamal taborunun II bölüyünün, eləcə də Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirələkbər İbrahimovun keçdiyi şərəfli döyüş yolundan bəhs edən, hərbi-vətənpərvərlik mövzusunda, bədii-publisistik janrda qələmə alınmış "Bir bölüyün manifesti” sənədli-oçerki işıq üzü görmüşdür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi