Nazirlik dərman monopolistlərinə qarşı sərt tədbir gördü

img

25-02-2015 [00:10]


İqtisadiyyat və Sənaye Nazirliyi dərman preparatlarının satış qiymətinin artırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, qurum tərəfindən qiymət artımı ilə bağlı müvafiq tədbirlər görülüb. 

"Firmalar tərəfindən dərmanların satış qiymətinin artırılması ilə bağlı yayılan məlumatlarla əlaqədar bildiririk ki, görülmüş tədbirlər nəticəsində dərman preparatların satış qiyməti əvvəlki vəziyyətə qaytarılıb”, - deyə A. Əliyev bildirib. 

Qeyd edək ki, bəzi saytların verdiyi xəbərə görə, dərman preparatlarının satışı ilə məşğul olan şirkətlər tərəfindən qiymətlər 24% artırılıb.

Qeyd edək ki, dərmanların qiymətinin qaldirılması xəbərini ilk mia.az saytı yayıb. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: 

http://mia.az/w116550/D%C9%99rman_bazar%C4%B1nda_qiym%C9%99tl%C9%99r_qald%C4%B1r%C4%B1ld%C4%B1;_24_faizlik_art%C4%B1m_-_%C3%96Z%C6%8FL/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA