Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun sədrilə görüşdü

img

24-02-2015 [16:27]


Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olan "Mavi Dəniz Fondu”nun ("Blue Marine Foundation”) sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti əsasında Azərbaycana səfər edib.

Səfər çərçivəsində IDEA İctimai Birliyinin Resurs Mərkəzində müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə "Mavi Dəniz Fondu” tərəfindən çəkilmiş və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan "Bir cinsin sonu” (End of the line) filminin ilk nümayişi keçirilib. Qeyd olunmalıdır ki, IDEA İctimai Birliyi sözügedən filmin geniş ictimaiyyət üçün nümayişini də təşkil etməyi planlaşdırır. Bu barədə müvafiq elan mətbuatda əlavə olaraq dərc olunacaq.

Nümayişdən sonra Çarlz Klover və "Mavi Dəniz Fondu”nun digər əməkdaşları təmsil etdikləri təşkilatın fəaliyyəti barədə geniş məlumat verib, həmçinin tələbələri maraqlandıran sualları cavablandırıblar.

Səfər zamanı Ç.Klover Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva və ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşüb. Sözügedən görüş zamanı Xəzər dənizində ekoloji vəziyyət və onun faunasının mühafizə və bərpası məsələləri müzakirə edilib. Bu xüsusda, "Mavi Dəniz Fondu”na dəniz ətraf mühitinin mühafizəsi istiqamətində görülən tədbirlər və əldə olunmuş uğurlar barədə məlumat verilib. Tərəflər əməkdaşlığın və qarşılıqlı faydalı dialoqun davam etdirilməsinə razılıqlarını bildiriblər.

"Mavi Dəniz Fondu” 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi və okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilib. Fondun missiyası 2020-ci ilə qədər qoruqlar yaratmaqla, okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA