Masallı ƏSMN-də 150 minlik maliyyə fırıldağı...

img

24-02-2015 [14:44]


Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Əliyevlə bağlı ilginc informasiya yayılıb. 

Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-cü ildə ünvanlı sosial yardım alan vətəndaşların sayı 2661 nəfərdir. Ancaq bu rəqəm keçən il 4469 idi. Səlim Müslümovun "islahatlarından” sonra ünvanlı sosial alan şəxslərin sayı xeyli azaldıdlı. Çünki yardım alan vətəndaşların çoxusu sosial müavinatı qeyri qanuni alırdı. 

Mənbəmiz bildirir ki, bu il siyahıya alınan şəxslərin əksəriyyəti yenədə ünvanlı sosial yardımı qanunsuz alırlar. Çünki bəzi şəxslərin iş yerləri və şəxsi biznesləri olmasına baxmayaraq mərkəzin işçilərinə etdikləri "hörmət” sayəsində yardım alanların siyahısına düşə bilirlər. Bu şəxslər illlərdir ki, mərkəz rəhbərliyi ilə əlbir olaraq dövlət vəsaitindən qeyri qanuni bəhrələnirlər. Hətda mərkəzdə işləyən işçilərin bir çox qohum əqrabaları, tanışları yaxınlarıda bu cür ünvanl sosial yardımdan istifadə edirlər. Halbuki rayonun bir çox kəndlərində xeyli  sayda imkansız vətəndaşlar var ki, onlar illərdir sosial yardıma həsrətdirlər. Yəni Akif Əliyev və "komandası”nın hörmətini etməyənlər dövlətin ünvanlı yardımından məhrum olurlar. 

İnformasiya mənbəmiz qeyd edir ki, Masallı rayonunda indidə 2600 şəxsə verilən ünvanlı sosial yradımın bir hissəsini qeyri qanuni olaraq Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Əliyev və ətrafı mənimsəyir. Belə ki, müdir və yaxın ətrafı ünvanlı sosial yardım düzəltmək istəyən şəxlərlə əlbir olaraq sənədlərin tezliklə hazırlanması, qeydiyyatan keçməsi əvəzində ayrılan vəsaitin ilk 3 aylığını götürürlər. Mərkəz işçilərinin bu təklifini qəbul etməyən şəxlər isə aylarla süründürülür. İnformasiya mənbəmiz bildirir ki, mərkəz müdiri Akif Əliyev sosial yardım pulları verilən zaman gecələr gizlicə rayon Kapitalbankının bankomatında saatlarla kartlardan vəsait çıxartmaqla məşğul olur. Mərkəz müdiri ünvanlı sosial yardımın ilk 3 ayının alınması maxinasiyasından və ünvanlı sosial yardımım şişirdilməsindən təxminən 150 min manata yaxın qazanc əldə etdiyi deyilir. 

Bundan başqa mərkəz müdirinə və ətrafına "hörmət” edən şəxslərin ünvanlı yardımı qeyri qanuni artırılır. Qeyd edək ki, Masallı rayon əhalinin Sosial Müdafiəzi Mərkəzində həyata keçirilən sosial yardım maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olna ilginc informasiyaları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

AzFakt.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA