Nazirlik hərəkətə keçdi, bahalaşmanın qarşısı alındı - Rəsmi

img

24-02-2015 [12:25]


İqtisadiyyat və Sənaye Nazirliyi son günlər çörəyin və unun qiymətində artımın olması məsələsinə münasibət bildirib. 

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.

Aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb.

Bu isə, çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir.

Qeyd edək ki, Bakının bəzi marketlərində çörəyin qiymətinin iki dəfə qalxdığı bildirilir.

Bu barədə ANS PRESS-ə alıcılar xəbər veriblər. Onların sözlərinə görə, Bakının Suraxanı, Binəqədi rayonlarında bir sıra marketlərdə çörək 60, 70 qəpikdən satılır.

Alıcılar bildirirlər ki, satıcılar bunu manatın dollar qarşısında ucuzlaşmağı ilə izah edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA