Prezident manatın kursuna müdaxilə edəcəkmi? - Ekspert bunu mümkün saymır

img

24-02-2015 [11:37]


Azərbaycan manatının düşməsi, bahalaşma dalğasının gəlməsi ehtimalı günün əsas mövzularından biri olaraq qalır. İndi Azərbaycan vətəndaşları məsələyə ölkə rəhbərlininin müdaxilə etməsi, manatın əvvəlki səviyyəyə qaytarılmasına ümid edir. Millət vəkili, iqtisadçı alim Vahid Əhmədovun "Prezident istəsə, manatı əvvəlki kursa qaytarar” fikri bu ümidi bir qədər də artırıb. 

İqtisadçı Zöhrab İsmayıl isə bunun real olmadığını deyir. 

O, AzNews.az-a açıqlamasında bildirib ki, milli valyutanın kursunu Mərkəzi Bank bir qərarla dəyişə bilməz: "Bunun üçün valyuta bazarına müdaxilə edilməli, yəni dollar kütləsi çıxarılmalıdır. Söhbət isə milyardlarla dollar puldan gedir. Mərkəzi Bankın devalvasiyaya getməsinin bir səbəbi də ölkədə dollar çatışmazlığı olub. Bu qurum devalvasiyaya həm də ona görə razılıq verib ki, manatın kursunu saxlamaq artıq çox baha başa gəlib. Dekabrdan bəri davam edən bu proses Mərkəzi Bankın rezervlərinin qısa müddətdə tükənməsilə nəticələnə bilərdi”. 

Z.İsmayılın fikrincə, insanlarımız region ölkələrin hamısında gedən devalvasiyaya, milli valyutanın qiymətinin düşməsinə öyrəşməlidirlər: "Artıq insanlarımız yeni kursa öyrəşməlidirlər. Çox təəssüf ki, adını bank qoyan bir sıra qurumlar da kursun kəskin dəyişəcəyini gözləyirlər. Benzinin qiymətindəki 2 qəpiyin büdcə üçün maliyyəti 60 milyon manat ətrafında idisə, indi isə söhbət bir neçə milyarddan gedir. Və biz bu dəfə gözlədiyimiz sirprizlə qarşılaşmayacağıq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA