"Təbii ki, bu səviyyəyə gəlmək çox asan olmadı" - Talat Sam (Müsahibə)

img

23-02-2015 [23:52]


Azərbaycan əsilli türk iş adamı Talat Sam maraqlı müsahibə verib.

Mia.az Dunyaxeber.com-a istinadən həmin müsahibəsini təqdim edir:

 - Talat bəy, Azərbaycan kökənli bir Türk  iş adamı olaraq başarılarınızdan qürur duyuruq. Sizi bir də sizdən tanıyaq.
         
-Anam və atam uzun illər öncə Azərbaycandan köçüblər.  Yəni təmiz Azərbaycan türküyəm. Qars vilayətində doğulmuşam və bundan qürur duyuram.
         
-Türkiyənin ucqar bölgəsində doğulub böyümüş bir gəncin daha sonra ünlü bir iş adamı ünvanına yüksəlməsini təxmin edirdinizmi?

-Təbii ki, bu səviyyəyə gəlmək çox asan olmadı. Uşaqlığım və gəncliyim ehtiyac və sıxıntı içində keçib. Lakin cəsarət və zəkam sayəsində o dövrdə kimsənin düşünmədiyi texnik mütahitlik işinə başladım və beləcə bu yerlərə gəldim.

-İş həyatınızla bağlı daha ayrıntılı bilgi verərsinizmi?

- Ankarada kiçik bir dükanda texniki  işçi olaraq işə başlamışdım.   Daha sonra texnik özəllikli dövlət işlərinə az təlabat olduğunu görüb məsləyimi mütahit olaraq davam etdirdim. Yavaş-yavaş işlərimi böyütdüm və 2003-cü ildə inşaat sektorunun kiçilməsi səbəbi ilə meyvə suyu və kosmetik ürünlər sektoruna yönəlik böyük bir təsisat qurdum.    
Eyni zamanda Ar-Ge fəaliyyətlərinə də başlayaraq Türkiyədə ən önəmli labaratoriyalardan birini işlətməyə başladım. 2009-cu ildən kosmetik və elektronik ürünlər, mədən və enerji sektorunda çalışıram. 2013- 2014 –cü illərdə ən etkili ürün dalınında ən inovativ  40 şirkətin arasında 2-ci olmağı bacardıq.  

-Bir il öncə Türkiyədəki məlum əməliyyatlar zamanı sizin də iş həyatınızın zərər gördüyünü duyduq. Dekabırın 17-də tam olaraq nələr yaşanmışdı?

-2013-cü il dekabrın 11-də ilin İnovasion ödülünü aldım və mənə 3D printer istehsalına dəstək vermək üçün görüşmək istədikləri bildirdilər. Lakin cəmi  bir neçə gün sonra 17 dekabr əməliyyatları başladı. Nəticədə mən görüşəcək  ilgili və tərəfdaş tapmadım. Hamısı bu qədər...

-Dünyada yeni bir istehsal sahəsində çalışırsınız. Azərbaycan məktəblərinə fəaliyyət dairəniz haqqında bir az geniş məlumat verin xahiş edirəm.

-Bəli, 3D Printr texnologiyası dünyada 3-cü sənaye devirimi olaraq qəbul edilmişdir. Amerika prezidenti Barak Obama 2013-cü ilin büdcə görüşmələrində Senatordakı Amerikalı sənayeçilərə xitabən etdiyi çıxışında xəyalındakı 3D Printer istehsalı sahəsinə hər cür maddi yardıma hazır olduqlarını və bunu bacarmaları gərəkdiyini söyləmişdi. Amma Obamanın xəyalını bir Türk olaraq mən gerçəkləşdirdim. Bu uğurumuz beynəlxaql mediada geniş ilgi qazandı.

 Xatırladım ki, 3D Printer başda sağlıq olmaqla bütün sahələrdə faydalıdır.  Memarlıq işlərində, maşınqayırma sahəsində, model çalışmalarında və başqa alanlarda xəyallarınızın gerçəkləşməsi bu cihaz çox böyük uğurlara imza atmanızı sağlayar. 

-Bildiyimizə görə, sizin məhsullara ərəb ölkələrində böyük rəğbət var. Hətta müştəriniz olan birinin Ərəb Şeyxinin oğlunun toyunda hədiyyə etdiyi "altınlı pasta” xəbər bülletenlərində manşetlərə çıxmışdı. Azərbaycan da ərəb ölkələri kimi neft sektorunda öndə olan bir ölkədir. Məhsullarınızdan bizim ölkənin iqtisadiyyatının da yararlanmasını düşünürsünüzmü? Ümumiyyətlə yaxın gələcəkdə Azərbaycana yatırım planınız varmı?

-Bəli, bizim istehsalımız olan saç tökülməsini önləyən bitkisəl şampunlara ərəb ölkələrində çox böyük rəğbət var. Ürünümüz bir ərəb şeyxi olan müştərimizin saçının tökülməsinin qarşısını aldığı üçün bizə təşəkkür olaraq  "altınlı pasta” göndərməsi doğrudur. 

Ürünlərimizdən Ata yurdum olan Azərbaycanda da qardaş bacılarımızın  yararlanmasından əlbəttə ki,  məmnun olarıq.Özəlliklə  sağlıq alanında ölkənizdə yatırım yapmaq istəyən iş adamlarını 3D Printer sahəsində faydalı  iş birliyinə dəvət edirəm. 

-Son olaraq, Azərbaycan oxucularına saytımız vasitəsilə hansı mesajları vermək istərdiniz?

-Dost  və qardaş Azərbaycandakı oxucularınıza salam və sayqılarımı göndərirəm. Bir də qəlbimin hər zaman Azərbaycan üçün atdığnı bilmələrini istəyirəm... 

Söhbətləşdi: Aygün Paşayeva


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA