23-02-2015 [17:28]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Partiyadan Mia.az-a verilən məlumata görə, toplantı iştirakçıları ilk öncə ölkə həyatının iqtisadi sistemini silkələyən, əhalini ciddi sosal-iqtisadi sınaqlar qarşısında qoyan manatın məzənnəsinin kəskin şəkildə aşağı düşməsi məsələsinə münasibət bildirib və bu faktı ölkdə yeridilən yanlış iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirib. İstehsal böhranının nəticəsi olaraq ortaya çıxan bu faktın sonradan maliyyə-kredit və ardınca istehlak böhranını yarada biləcəyini diqqətə çəkən partiya rəsmiləri bu böhranın qarşısının alınması üçün ölkədə hökm sürən korrupsiya və monopolizmin kökünün kəsilməsi, məzənnənin aşağı düşməsinə uyğun indeksasiya siyasətinin həyata keçirilməsi, qiymət artımının qarşısının alınması, orta və kiçik biznesə tətbiq edilən vergi yüklərinin azaldılması, bank sistemində islahatların aparılması, aztəminatlı ailələrin və təqaüdçülərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində hakimiyyətə çağırışlar edib, iqtisadi siyasətin təkmilləşdirilməsi, bazar iqtisadiyyatına yuğunlaşdırılması sahəsində ciddi və təsirli addımlar atmağa çağırıb.
İdarə Heyəti proffessor C.Həsənlinin qızı haqqında çıxarılan sifarişli məhkəmə hökmünı qətiyyətlə pisləyib, törədilən əməllə verilən cəza arasında uyğunluğun omadığını, əksinə çıxarılan hökmün arxasında onun atası C.Həsənlinin siyasi fəaliyyətinin, prezident seçkiləri zamanı hakimiyyətin qanunsuz əməllərinə qarşı sərt mövqe nümayiş etdirməsi faktının durduğunu bildirib və hakimiyyətdən onun haqqında çıxarılan siyasi motivli hökmün dəyişdirlməsi və dərhal azadlığa buraxılmasını tələb edib.
İdarə Heyəti ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin nəticələrinə münasibət bildirib və bu səfər zamanı həmsədrlərin seperatçı Qarabağ rejiminin nümayəndələri ilə görüşdən sonra səsləndirdiyi bəyanatda onları "Dağlıq Qarabağın faktiki rəhbərliyi” kimi təqdim etmələrini qətiyyətlə pisləyib bu ritorikanın diplomatik qaydalara, Minsk qrupunun həmsədri olaraq üzərinə götürdükləri barışdırıcılıq missiyasına uyğun olmadığını diqqətə çatdırıb və Azərbaycan XİN-dən onlara etiraz bildirməsini tələb edib.
İdarə Heyəti İranda keçirilən idman tədbirlərində Azərbaycan bayrağının təhrif edilməsi, türkçülüyün simvolu olan səkkiz guşəli ulduzun qəsdən beş guşəli olaraq təqdim edilməsini qətiyyətlə pisləyib, dəfələrlə təkrar edilən bu cür faktların iki ölkə arasında faydalı qarşılıqlı əlaqələrə ciddi xələl gətirə biləcəyini ifadə edib və bu faktı fars şovinizminin təzahürü, tarixi, mədəni, dini tellərlə bir-birinə bağlı olan başqa bir dövlətin dövlət rəmzlərinə qarşı sayqısızlıq və nəzakətsiz davranış kimi dəyərləndirib.
İdarə Heyəti Ukrayna hadisələrinin adi münaqişə həddini aşaraq
müharibə müstəvisinə daxil olmasından, imperialist iddialı Rusiyanın bu ölkəyə
qarşı başlatdığı işğalçı və eksponsianist siyasətinin daha qabarıq şəkildə
davam etməsindən, bu gərginliyin nəinki postsovet məkanında, eləcə də bütün
dünyada ciddi qarşıdurmalar yarada biləcəyindən narahat olduğunu bir daha diqqətə
çatdırıb, beynəlxalq gücləri və dünya ictimaiyyətini Rusiyanın seperatçıların əli
ilə Ukraynanın suvernliyi və müstəqilliyinə qarşı yönəlmiş təcavüzkarlıqlıq
planlarının qarşısını almağa, onun Ukrayna və digər müstəqil dövlətlərə yönəlik
işğalçılıq planlarını önləyən tədbirlər görməyə çağırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi