23-02-2015 [17:13]
Əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümovla Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vex arasında tanışlıq görüşü olub.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, görüşdə S.Müslümov Azərbaycanın Avstriya ilə ikitərəfli münasibətlərinin inkişafından bəhs edərək, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini, son illərdə artıq əmək və sosial müdafiə sahəsində də əlaqələrin aktiv xarakter aldığını diqqətə çatdırıb.
S.Müslümov bildirib ki, Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2004-cü ildən bəri ümumi daxili məhsulun 3,4 dəfə artdığı ölkəmizdə qeyri-neft sektorunun inkişafı dinamik xarakter alıb. Son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub və onun ümumi daxili məhsulda xüsusi çəkisi artıq 60 faizə çatıb. 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirlərinin 2003, 2004, 2005-ci illərin cəmi büdcəsindən 1,4 dəfə, qeyri-neft sektorundan isə 4 dəfə çox olacağı gözlənilir. Qeyri-neft sektorunun inkişafı digər tərəfdən son 11 ildə 1 milyon 360 min yeni iş yerinin yaradılmasına imkan verib ki, bu da məşğulluq imkanlarının çoxalmasına, işsizliyin 4,9 faizə enməsinə səbəb olub. Bu və sosial rifaha təsir edən digər müsbət proseslər ölkəmizdə yoxsulluq səviyyəsinin 5 faizə enməsi ilə nəticələnib.
S.Müslümov ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq, milli əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin yaradılması, dövlət sosial yardım və əlillik müayinəsi sistemlərinin avtomatlaşdırılması, sosial xidmətlərin təşkili və s. sahələrdə aparılan islahatlardan söz açıb. "Biz bu islahatlarda inkişaf etmiş ölkələrlə, o cümlədən Avstriya ilə əməkdaşlığa, onlarla təcrübə və məlumat mübadilələrinə xüsusi önəm veririk. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avstriya Respublikasının Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində iki nazirlik arasında ikitərəfli formatda fəal əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq əmək və məşğulluq, sosial təminat sahələrində qanunvericiliyin, həmçinin tibbi-sosial reabilitasiya və əmək bazarının tələblərinə uyğun peşə tədrisi sistemlərinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının və əlillik siyasətinin inkişafı və digər sahələri əhatə edir”.
Ötən müddətdə təlim və təcrübə səfərləri çərçivəsində Avstriya ilə bu sahələrdə aparılan təcrübə və məlumat mübadilələrini yüksək dəyərləndirən nazir Avropa İttifaqının "Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı” Tvinninq layihəsinin Avstriyanın müvafiq qurumu ilə birgə icra olunacağını bildirib: "Bu layihənin məqsədi ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarına sosial xidmətlərin təşkili işinin təkmilləşdirilməsinə, onların sosial inteqrasiyasına dəstək verməkdir. Cari ilin may-iyun aylarında icrasına başlanacaq bu layihə qeyd olunan sahədə qabaqcıl Avstriya təcrübəsindən istifadəyə imkan verəcək”.
A.Vex iki ölkə arasında münasibətlərin inkişafından
bəhs edərək, bunun müxtəlif sahələrdə, o cümlədən əmək və sosial müdafiə sahəsində
əməkdaşlıq əlaqələrinə şərait yaratmasının məmnunluq
doğurduğunu ifadə edib. Səfir ölkəsi ilə Azərbaycan arasında bütün istiqamətlərdə
əməkdaşlığın güclənməsinə, habelə əmək və sosial müdafiə məsələləri üzrə
əlaqələrin genişlənməsinə öz töhfəsini vermək üçün daim səylər göstərəcəyini
vurğulayıb. Görüşdə Azərbaycan və Avstriya arasında əmək və sosial müdafiə sahəsində
gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi