Yalanlara inanmayın: "Unibank" açıqlama verdi, 1 dollar 1.05 manatdır

img

23-02-2015 [15:31]


Azərbaycanın valyuta bazarında qeyri-müəyyənlik və şayiələr artdıqca, saytlara rəsmi olmayan məlumatların "ayaq açması" da sürətlənir. Elə bəzi saytlarda "Unibank" ASC-nin dolların alış məzənnəsinin 0,9474 manat  (rəsmi məzənnədən 9,77% aşağı) göstərməsi haqqında yazılanlar da, belə düşünməyə əsas verir.

Mia.az xəbər verir ki, bununla bağlı "Unibank"ın İctimaiyyətlə Əlaqələr Şöbəsindən açıqlama yayılıb. 

Bankın əməkdaşı Sülhiyyə Şirinova yayılan dezinformasiya ilə bağlı "Facebook"da belə bir açıqlama verib: "Əziz jurnalistlər, Unibank valyuta kursu ilə bağlı MB-nin marja tələbini pozmayıb. Bu gün tezdən dolların alış-satışı 1.03-1.05 manat çərçivəsindədir. Mövcud informasiya vəziyyəti anlaşılandı. Amma bu o demək deyil ki, bir saytda gedən yanlış məlumatı qalan saytlar da olduğu kimi dəqiqləşdirmədən "copy paste" etməlidir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA