Yollar yenə buz bağlayacaq

img

23-02-2015 [13:53]


Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buıludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA