Yol polisi Aslan Aslanovun məmur oğlunu saxladı - FOTOLAR

img

23-02-2015 [13:44]


Fevralın 20-si, gecə saat 1 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı "Bentley” markalı maşını saxlayıblar. 

Məlumata görə, 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərin qaydasında olmadığı müəyyənləşib. Buna görə də, avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılıb. Sonradan məlum olub ki, avtomobili idarə edən şəxs kənd təsərrüfatı nazirinin keçmiş müavini, son zamanlar "Lamiyə olayı” ilə diqqət mərkəzində olan Aslan Aslanovun oğlu Turqay Aslanovdur. 

AzNews.az-ın araşdırması nəticəsində məlum olub ki, həmin avtomobil 2008-2013 illərdə Turqay Aslanovun adına olsa da, 2013-cü ildə Allahverdiyev Valeh Ramazan oğluna etibarnamə verilib. 

Amma sayı məhdud, təxminən 300 min dollar dəyərində olan ağ rəngli "Bentley” daim Turqay Aslanov tərəfindən idarə olunub. Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Turqay Aslanov hazırda Ədliyyə Nazirliyinin İstintaq idarəsinin müstəntiqi vəzifəsində çalışır.

Fotoları oxu.az saytı yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA