Artur Rasi-zadə vizalarla bağlı qərar verdi

img

23-02-2015 [10:58]


Nazirlər Kabineti "Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları”nda dəyişiklik edib. 

APA-nın məlumatına görə, indiyə qədər "Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi Qaydaları”, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və "Mühasibat uçotu haqqında” qanunlara uyğun olaraq ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbilərin pasportlarına yapışdırılan vizanın ciddi hesabat sənədi kimi tətbiqi və uçotu qaydaları müəyyənləşdirilib.

Dəyişikliyə əsasən bundan sonra bu qaydalar "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna uyğun deyil, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” və "Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbilərin pasportlarına yapışdırılan vizanın ciddi hesabat sənədi kimi tətbiqi və uçotu qaydalarını müəyyən edəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA