Nazirin qardaşının 7 milyonluq şübhəli əməliyyatı - İcra başçısı haqqında siyahı açıqlandı

img

23-02-2015 [10:37]


Şirvan şəhərində dövlət büdcəsi hesabına görülməli olan işləri iş adamlarının şəxsi vəsaitləri hesabına həyata keçirilir. Əvəzində isə şəhər icra hakimiyyətinin büdcəsində bu işlər üçün nəzərdə tutulan vəsaitlər şübhəli tenderlər vasitəsi ilə mənimsənilir. 

Məlumata görə, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov (müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı) dövlət sifarişlərini şəhərdəki iş adamlarının boynuna yükləməyi artıq ənənəyə çevirib: Büdcə vəsaitləri mənimsənilir, sahibkarlardan yığılan qeyri-rəsmi ödənişlər hesabına işlər ala-yarımçıq həyata keçirilir”.

Mənbə Şirvan şəhər İcra Hakimiyyətinin 2014-cü ildə elan etdiyi şübhəli tenderlərin "qaliblərinin” adlarının siyahısını da redasiyamıza  təqdim edib:

1. Ərzaq məhsullarının satın alınması (tenderdə A-Xidmət MMC qalib gəlib, məbləğ 165 min 800 manat);
2. Şirvan şəhərində abadlıq-quruculuq işlərinin satın alınması (Effect-R MMC, 84 min 833;
3. Şirvan şəhərində abadlıq-quruculuq işlərinin satın alınması (Azər firması 119 min 751);
4. Abadlıq-quruculuq işlərinin satın alınması ("Tərəqqi AS" MMC, 36 min 860);
5. 13 nömrəli 720 şagird yerlik tam orta məktəbin əsaslı təmiri işlərinin satın alınması ("Araz-İnşaatçı" MMC, 3 milyon 151 min 171,98 manat);
6. 20 nömrəli 1176 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və idman zalında bərpa-gücləndirmə işlərinin satın alınması ("Araz-İnşaatçı" MMC  3 milyon 621 min 160,82 manat); 

Bu tenderlərin cəmi məbləği 7 milyon  manatdır. Mənbə iddia edir ki, bu məbləğin əhəmiyyətli kəsimi mənimsənilib və bu MMC-lər icra başçısının yaxın adamlarının təsisçisi olduğu şirkətlərdir.

Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı.

Mənbə bildirir ki, Bakıda 317 mənzili dələduzluq yolu ilə 1000-ə yaxın adama satan Mur-AY MMC-nin direktoru Elxan Hüseynov həm ibtidai, həm də məhkəmə istintaqında Şirvanda Heydər Əliyev mərkəzinin tikintisi üçün icra başçısının ondan 1,3 milyon manat aldığını bildirmişdi.  Halbuki bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılmışdı. Ancaq məhkəmə istintaqı bu epizodu araşdırmamışdı. Hazırda E.Hüeynov həbsdədir və o 15 il azadlıqdan məhrum edilib.

istiqlal.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA