“Bakcell”in dövlətə qarşı 4 milyonluq kələyi - Məhkəmə qalmaqalı

img

23-02-2015 [10:16]


Xəbər verdiyimiz kimi, Məhəmməd Məmmədovun baş direktoru olduğu "Aztelekom” İstehsalat Birliyi Azərbaycanda sensasion sayılacaq iddia ilə çıxış edib.

Mia.az xəbər verir ki, M.Məmmədovun baş direktoru oduğu "Aztelekom” İB "Bakcell LTD” MMC-yə qarşı 3.902.271.76 manat (Üç milyon doqquz yüz iki min iki yüz yetmiş bir manat yetmiş altı qəpik) məbləğində iddia qaldırıb: "Səbəb "Bakcell”in "Aztelekom”un ötürücüləri üzərindən apardığı trafik xərcləri ilə bağlı yaranmış borcun bu günədək ödənilməməsidir. Buna görə də "Aztelekom”  mobil şirkətə qarşı iddia qaldırıb. İşə artıq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Hazırda təxminən 4 milyonluq məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən araşdırılır..."

Mia.az "Reytinq” qəzetinə istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakim Elmira Nağıyeva fevralın 17-də tərəflərin çəkişməsi üzrə qərar verməyib: "Hakim Elmira Nağıyeva fevralın 17-nə təyin olunan iclasda qərarını elan etməyib. Hakim iş üzrə məhkəmin marrtın 10-na təxirə salıb”.

Məhkəmə mübahisəsinin detalları ilə bağlı redaksiyamıza verilən məlumatlarla bağlı araşdırmalarımız olacaq. Tərəfləri də dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA