Qar yağdı, Bakının yolları keçilməz oldu - Video, Fotolar

img

22-02-2015 [18:42]


Bakıda dünən günorta axşam saatlarında başlayan qar yolları keçilməz edib. 

Gecə yağan qar təmizlənmədiyindən gündüz əriyərək, yollarda gölməçələrin yaranmasına səbəb olub. Paytaxtın magistral yollarında suötürücü qurğular olmadığından asfaltın kənarları ilə axan su piyadaların hərəkətinə mane olub. Axıntının eni o qədər böyükdür ki, piyadalar suyun içi ilə keçmək məcburiyyətində qalıblar. 

Musavat.com-un müxbiri "Neftçilər” metrostansiyası yaxınlığındakı magistral yoldakı vəziyyəti kameraya alıb və sakinlərin təəssüratlarını öyrənib. İnsanlar qarın təmizlənməməsinə görə aidiyyatı qurumları qınayıblar. 

Bakı yollarının vəziyyəti ilə bağlı çəkdiyimiz videonu aşağıda təqdim edirik. 

Nərgiz Liftiyeva






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA