Dövlət hərəkətə keçdi, iri marketlər qiymətləri yenidən endirdi, ancaq...

img

22-02-2015 [14:21]


Azərbaycanın valyuta bazarında yaşanan ajiotaj ölkədə əksər məhsulların qiymətinə kəskin təsirini göstərməsi haqqında yayılan xəbərlərdən sonra müvafiq qurumlar hərəkətə keçiblər.

Mia.az xəbər verir ki, dünən saat 16.00-dan sonra marketlərdə bəzi məhsulların satəşı dayandırılmaqlla yanaşı, tütün məmulatlarının qiyməti də artırılmışdı.

Bu istiqamətdə əməkdaşımız dünən bir neçə mağazada araşdırma apararkən, satıcılar bildirmişdi ki, təxminən saat 16 radələrində  onlara siqaretlərin qiymətini növlərinə uyğun olaraq 20-35 faiz civarında qaldırlması haqqında təlimat verilib: "Məsələn, iki saat əvvələ qədər 1 manat 70 qəpiyə satdığımız "Davidoff" siqaretini indi 2 manat 20 qəpiyə satırıq. Bu təxminən 30 faiz artım deməkdir. Eyni hal, "Kent", "Marlbro" və digər siqaretlərin qiymətində də baş verib. Yəni ümumilikdə bütün siqaretlərin qiyməti 20-35 faiz aralığında yüksəlib...".

Mia.az xəbər verir ki, bu gün müvafiq qurumların monitorinqləri bazara öz təsirini göstərib. Belə ki, dünən qiymətləri qaldırılan məhsullar, o cümlədən siqaretlər yenidən köhnə qiymətə satılır. 

Ancaq Mia.az-ın əməkdaşı ilə söhbət edən "Bizim Market" və "Araz Market" mağazalar şəbəkəsinin əməkdaşları qiymətlərin bu cür saxlanılacağına təminat verməyiblər. Onlar qiymət artımının topdansatış məntəqələrindən aslı olacağını deyirlər: "Dünən bizim marketi siqaret və digər məhsullarla təmin edən topdansatış mərkəzləri qiymətləri artırdıqlarını dedilər və buna uyğun qiymət cədvəli verdilər. Bu gün səhər isə gözləmədiyimiz halda, yenidən köhnə qiymətlə satmaq tapşırığı verildi. Amma bizcə dolların dəyərinin kəskin dəyişməsi yaxın günlərdə bütün məhsulların satışına təsir göstərəcək. Yəni qiymətlərin qalxması qaçılmazdır...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA