"Çörək də bahalaşacaq" - ekpert xəbərdarlıq etdi

img

21-02-2015 [21:04]


"Ölkə özünü, kifayəq qədər, kənd təsərrüfatı, ərzaq məhsulları ilə təmin edə bilmədiyi üçün istehlakçılar çox çətin vəziyyətlə üzləşəcəklər".


Bu fikirləri Aktual.az-a ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində, təxminən, 30 faiz artımın olacağı gözlənilir: "Biz daha çox kənd təsərrüfatı məhsullarını idxal edirik və bunu dollarla alırıq. Buna görə də, daxili bazarda məhsulun manatla satışında qiymət artımı olacaq. Düşünürəm ki, bu, çörəyə də təsir edəcək. Qiyməti süni şəkildə saxlamaq mümkün olmayacaq. Ölkəyə gətirilən buğda, ət, süd, kərə yağı və.s məhsullar xaricdən dollarla alınır.

Keçən aya nisbətən ət, kəsim üçün gətirilən heyvan, süd, kərə yağı, meyvə-tərəvəz idxalı artıb. Bu da onu deməyə əsas verir ki, milli valyutanın dəyərdən düşməsi idxalla məşğul olan insanlara sərf etsə də, əhaliyə sərf etməyəcək. Ölkə özünü, kifayət qədər, kənd təsərrüfatı, ərzaq məhsulları ilə təmin edə bilmədiyi üçün istehlakçılar çox çətin vəziyyətlə üzləşəcəklər. Hazırki qiymətdən fərqli olaraq, 30 faiz civarında məhsulun dəyəri artacaq. Novruz bayramı ərəfəsində bu daha qabarıq özünü göstərəcək".

vahid-meherremov.jpg (350×260)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA