“Azərişıq” işıq yox, qaranlıq saçdı: ilk qardaca işıqlar söndü

img

21-02-2015 [20:11]


Bu gün günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik təsərrüfatında da qəzalara səbəb olub.

Az əvvəl aldığımız məlumata görə, Suraxanı və Sabunçu rayonlarının qəsəbələrində elektrik enerjisi kəsilib.

Sakinlərin virtualaz.org saytına bildirdiyi kimi xətlərdə əvvəlcə qısaqapanmalar meydana gəlib, daha sonra elektrik enerjisi tam kəsilib. Belə vəziyyət Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi massivində, Sabunçu rayonunun bir çox qəsəbələrində yaşanır.

Sakinlərin bu yaxınlarda adı dəyişib "Azərişıq” olan və bütün ölkə boyu elektrik enerjisinin satışı səlahiyyətlərini əldə edən keçmiş "Bakıelektrikşəbəkə”yə qəza barədə məlumat vermək üçün göstərdikləri səylər nəticə vermir. Belə ki, "Azərişıq”ın 199 qaynar xətti zəngləri qəbul etmir, texniki xidmətin də telefonlarına zəng etmək mümkün deyil.

Hazırda evlərin böyük əksəriyyətinin istilik sistemi ilə qızdırıldığı nəzərə alınarsa elektrik enerjisinin kəsilməsi bu ərazilərdə sakinlərin donma təhlükəsi ilə üzləşməsi deməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA