Bakıda iri marketlər və "optovoy"lar satışı dayandırdı

img

21-02-2015 [19:21]


Valyuta məzənnələrində dəyişikliklər edilməsindən sonra iri supermarketlərdə və topdan satış məntəqələrində satışlar suni şəkildə dayandırılıb".

Bunu ANS PRESS-in "qaynar-xətti"nə müraciətində paytaxt sakinləri bildiriblər. Sakinlər deyir ki, bəzi mağazalar ümumiyyətlə məhsul satışını dayandırıb. 

Fəaliyyətinə fasilə verən ticarət obyektləri hətta mağaza işçilərini belə içəri daxil olmasına imkan verməyib. İddia olunur ki, dollar və avronun bahalaşmasından sonra market və topdansatış məntəqələrində məhsulların qiymətləri yenidən müəyyənləşdirilir. Məhz bu səbəbdən ticarət obyektləri əllərindəki məhsulları indiki qiymətlərlə satmaq istəmirlər.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə bildirilib ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib. Nazirlikdən əmin edirlər ki, nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək..

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral, 2015-ci il tarixli qərarı ilə 21 fevral, 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA