Nazirlik qiymətləri süni artıranları hədələdi

img

21-02-2015 [19:16]


İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın valyuta məzənnələrində dəyişikliklər edilməsi ilə bağlı qərarı ilə bağlı məlumat açıqlayıb.

Mia.az anspress-ə istinadən xəbər verir ki,  manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilmiş və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Qeyd edək ki, Mərkəzi Bankın qərarından sonra manat dollara nisbətən 34,6 faiz ucuzlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA