Yardımlıya yarım metr qar yağıb, elektrik enerjisi kəsilib, rabitə iflic olub

img

21-02-2015 [18:15]


Cənub bölgəsinə yağan güclü qar Yardımlıda da ciddi fəsadlara yol açıb. Rayondakı mənbələrdən aldığımız məlumata görə, rayonda qarın hündürlüyü 50 sm-ə, yüksəkliklərdə isə hətta 70 sm-ə çatıb. 

Fevralın 20-sindən elektrik enerjisinin kəsilməsi əlavə problemlər yaradıb. Mərkəzi yolda hərəkət dayanmasa da, rayon mərkəzindən kəndlərə gediş-gəliş çətinləşib.

 Elektrik enerjisi təchizatında yaranan problem səbəbindən rayonun rabitə sistemi də iflic olub. Arus yarımstansiyasındakı problem isə mobil rabitənin tamamilə kəsilməsinə gətirib çıxarıb. Əhali problemlərin həlli üçün Bakıdan mütəxəssislərin gəlməsini gözləyir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA