"Elman Rüstəmovu hörmətsiz etdilər..." - Ekspert

img

21-02-2015 [16:59]



Azərbaycanın valyuta bazarında yaşanan şok proseslərə iqtisadçı ekspert Samir Əliyev tərəfindən maraqlı rəy verilib.

Mia.az onun Facebook-dakı açıqlamasını təqdim edir:

"Dostlar, tədbirdə olduğumdan internetə 2 gündür çıxışım məhduddur. Ətraflı imkan olan kimi yazacam. Bir məsələni demək istəyirəm. "Büdcədolduranlar" manatı "qoruyanlar"a qalib gəldi. Biz həmişə devalvasiyanın qaçılmaz olduğunu bildirməklə yanaşı qeyd etmişdik ki, hökumətin 2 yolu var: ya kəskin, ya da yumşaq devalvasiya. Hökumət yumşaq ucuzlaşmanı seçdi və güman etdik ki, seçkiyə qədər belə yola verəcək. Ancaq bu gün məlum oldu ki, hökumət HƏR İKİ variantı seçib. Kəskin devalvasiya baş verdi və yumşaq devalvasiya davam edəcək. Manatın ucuzlaşması bununla bitmədi və ilin sonuna doğru yumşaq da olsa, ucuzlaşmaqda davam edəcək. Yenə də son sözü neft deyəcək. Neft bahalaşsa, manatın sabitləşməsi ehtimalı olacaq.

P.S. Elman Rüstəmov hakimiyyətdə olan 2-3 peşəkar kadrlardan biridir. Onun peşəkarlığına həmişə hörmətlə yanaşmışam. Ancaq onu 2 dəfə efirə çıxartmaqla yalan danışmağa məcbur etdilər və bütün reputasiyasını zədələdilər. Onun manatı saxlamağa gücü çatmadı. Onun yerinə olsaydım, belə hörmətsizlik qarşılığında vəzifəmi tərk edərdim. Aprelə qədər fikirləşməyə vaxtı var...".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA