Bakıda hava kəskin pisləşir, qar gəlir

img

21-02-2015 [14:49]


Həftənin son günün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 3-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA