Bakı polisindən oyuncaq əməliyyatı: deputatdan çağırış

img

20-02-2015 [14:55]


Bakıda Kəbə evinin bombalanmasını əks etdirən helikopter oyuncaqlar yığışdırılır. Axar.az-a verilən məlumata görə, hüquq-mühafizə orqanları bu oyuncaqların kimlər tərəfindən satışının təşkil edildiyini təftiş edir. Paytaxtın əksər mağazalarında satılmayan bu oyuncaqlara uşaq dükanlarında nadir hallarda rast gəlinir. Mağaza sahibləri isə oyuncaqların qutuda gəldiyini və bundan xəbərsiz olduqlarını qeyd ediblər. Bu halla Beyləqan rayon sakini Ruslan Nəzərov da rastlaşıb. Övladına nənəsi tərəfindən alınan oyuncaq görənləri təəccübləndirib. Belə ki, helikopter oyuncağı işə düşən zaman divarda islam mədəniyyətinin əsas mərkəzi olan Məkkə şəhərində yerləşən Kəbə evinin bombalanması əks olunur. Deputat Zahid Oruc isə "Analitik.az”a deyib ki, uşaq oyuncaqları həddindən çox hərbiləşib. Onun sözlərinə görə, islam aləmi üçün müqəddəslik daşıyan bu yerin ətrafında insanlar daha həssaslıqla yanaşma sərgiləyəcəklər və bunu pisləyəcəklər: "Məgər Kəbəyə yönəlməyən silah növləri uşaqların psixologiyasında azmı mənfi izlər buraxır? Qətiyyən yox. Hesab edirəm ki, biz ilk növbədə buna diqqət etməliyik. Əslində bu təfəkkür, beyin və zəkalar uğrunda mübarizənin tərkib hissəsidir. Dünyada bu sahə üzrə mərkəzlər fəaliyyət göstərir”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA