Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı olub, polkovnik rəis oldu

img

20-02-2015 [13:25]


Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni kadr təyinatı olub. "Report" xəbər verir ki,daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, polis polkovnik-leytenantı Ələkbərov Vüqar Hidayət oğluBŞBPİ-ninTəşkilati-İnspektor İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, V.Ələkbərov bu təyinata qədərBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şöbə rəisi işləyib. O, daxili işlər orqanlarında peşəkar polis əməkdaşlarından biri hesab olunur.Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə,V.Ələkbərov 2013-cü il iyul ayının 1-dədövlət başçısı tərəfindən"İgidliyə görə" medalı ilə təltif olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA