Bakıda qayda pozan sürücüsünü belə döydülər - VİDEO

img

20-02-2015 [13:27]


Bakıda baş vermiş yol qəzasından sonra maraqlı hadisə baş verib. Minik avtomobilinin sürücüsü qəzaya səbəb olan avtobus sürücüsünü döyüb. 


Avtosfer.az-ın məlumatına görə, «Mersedes» düzünə hərəkət edərkən qəflətən avtobus onun yoluna çıxıb sola dönməyə çalışır. Bu zaman «Mersedes»in sürücüsü qəzadan yayına bilmir və hər iki avtomobil burun-buruna gəlir. «Mersedes»in sürücüsü avtobus sürücüsünün hərəkətlərindən hiddətlənərək maşından düşüb ona hücum çəkir. Sürücü kabinəsinə girən qəzəbli sürücü avtobus sürücüsünü yumruqayıb əzişdirir.


DİN-in «Təhlükəsiz şəhər» kameraları ilə qeydə alınmış həmin videonu təqdim edirik.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA