20-02-2015 [12:04]
"Qafqazinfo” xəbər verir ki, nazirin əmri ilə Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası ləğv edilib. Bu haqda məlumat verən valideynlər bildiriblər ki, nazirin əmri ilə Gimnaziyanın bazasında istedadlar Liseyinin yaradılması nəzərdə tutulur. Və bu liseyə qəbul 5-ci sinifdən başlayacaq.
Hazırda valideynlər Gimnaziyanın qarşısına yığışıblar.
***
Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hazırda nazirliyin nümayəndələri sözügedən gimnaziyadadır. Müəllimlərə və valideynlərə geniş izahat veriləcək, əmin olsunlar ki, onların əleyhinə ola biləcək heç bir hadisə baş verməyib.
***
Gimnaziyanın tədris işləri üzrə müdiri Afaq Poladzadə Movqe.az-a açıqlamasında bildirib ki, valideynlər arasında bu məsələ bir qədər səhv anlaşılıb: "Bəli, deyilənlər doğrudur ki, bizim gimnaziyada ibtidai siniflər ləğv olunacaq. Amma bu hazırda ibtidai siniflərdə təhsil alan uşaqlara şamil edilmir. Bu proses tədricən olacaq. Gələn ildən 1-ci sinfə gimnaziyada qəbul olmayacaq. 3 ilə ibtidai siniflər tamamilə yığışdırılacaq. Buna səbəb gimnaziyanın xüsusi istedadlı uşaqlar üçün məktəbə çevrilməsidir. İndiyədək humanitar fənlər üzrə idisə, gələn ildən qəbul 5-ci sinifdən xüsusi istedadlı uşaqlar üçün aparılacaq. Bu xəbəri ötən həftənin 5-ci günü bizə veriblər. Bu Təhsil Nazirliyinin qərarıdır".
A. Poladzadə dəyişikliyin müəllimlərə də təsirsiz ötüşməyəcəyini deyib: "İbtidai sinifdə 4 kurs olduğundan, 16 müəllim işləyir. Gimnaziya saat 17:00-a kimi olduğundan 16 da tərbiyəçi müəllim çalışır. Əsas sinif müəllimləri yerləşdirilsə də, tərbiyəçi müəllimlərin taleyi naməlumdur. Onlar özləri də işsiz qalacaqlarından çox narahatdırlar. Ümid edirik ki, Təhsil Nazirliyi onları da nəzərə alacaq. Çünki onların çoxu ailə başçısı, ailənin yeganə işləyən üzvüdür".
***
Hazırda gimnaziyada dərslər dayandırılıb. Müəllimlər dərs keçməkdən imtina edərək məktəbin həyətinə toplaşıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi