Prezident İlham Əliyev müxtəlif sahələrlə bağlı daha 5 Fərman verdi - Siyahı

img

19-02-2015 [20:13]


Bu gün Prezident İlham Əliyev müxtəlif sahələrlə bağlı daha 5 Fərman verib.

Mia.az həmin Fərmanları təqdim edir:

***

Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

1. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında 2014-cü il dekabrın 15-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Malta Respublikası Hökumətinə bildiriş göndərsin.

****

"Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

"Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 667; 2007, № 6, maddə 613; 2010, № 3, maddə 186, № 5, maddə 402; 2014, № 11, maddə 1393) 1.10-cu bəndində "müfəttişlərinin” sözü "nəzarəti xidmətinin” sözləri ilə əvəz edilsin.

****

"Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanını "Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1100-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 564; 2014, № 5, maddə 477) 1-ci hissəsinin ikinci abzasında "müvafiq icra hakimiyyəti orqanları”nın” sözləri "müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

***

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

1. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında 2014-cü il dekabrın 8-də Doha şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qətər Dövləti Hökumətinə bildiriş göndərsin.

***
Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı:

1. Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında 2014-cü il dekabrın 19-da Tirana şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası Hökumətinə bildiriş göndərsin.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA