Ekologiya Nazirliyinin əsasnaməsində yenilik - FƏRMAN

img

19-02-2015 [19:32]


Azərbaycan Respublikası Prezidentinin İlham Əliyev 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman verib.

Mia.az xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 598; 2004, № 2, maddə 71, № 12, maddələr 994, 1005; 2005, № 10, maddə 910; 2008, № 11, maddə 970; 2009, № 7, maddə 521, № 12, maddə 983; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

1. 9.9-cu bəndə "balıq” sözündən sonra "və digər su bioresursları” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 9.9-1-ci bənd əlavə edilsin:

"9.9-1. Dövlətin balıqmühafizə və akvakultura sahəsində qanunla müəyyən edilmiş vəzifələrini həyata keçirmək;”.

3. 10.37-ci bəndə "balıqçılıq” sözündən sonra "(o cümlədən akvakultura)” sözləri əlavə edilsin.

4. 10.54-cü bənddə "balıqların” sözü "balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin.

5. 10.83-cü bənddə "balıqların” sözü "balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA