İlham Əliyev bir Fərman verdi, daha bir Qanunu təsdiqlədi - Yenilənib

img

19-02-2015 [19:01]


Bu gün prezident İlham Əliyev "Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sənəd imzalayıb.

Mia.az xəbər verir ki, yeni təsdqlənən Qanuna əsasən "Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 689; 2007, № 12, maddə 1218; 2009, № 12, maddə 948; 2011, № 3, maddə 169) 8.6-cı maddəsinin ikinci hissəsində, 19.3, 25.5 və 26.2-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı” sözləri "beynəlxalq standartlara və tövsiyə olunan beynəlxalq təcrübəyə uyğun olaraq mülki, eksperimental və dövlət hava gəmilərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilib.

***
Bu gün prezident İlham Əliyev   "Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”  Fərman da verib. 

Mia.z Fərmanı təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, "Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinin ikinci hissəsində, 19.3, 25.5 və 26.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini mülki hava gəmilərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, dövlət hava gəmilərinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir.

4. "Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 716; 2009, № 2, maddə 67) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.5-ci, 1.11 - 1.13-cü bəndlər ləğv edilsin;

4.2. 2.2-ci bənd üzrə:

4.2.1. "8.6-cı və 9.8-ci maddələrinin” sözləri "9.8-ci maddəsinin” sözləri ilə əvəz edilsin;

4.2.2. ", 18.2-ci, 19.3-cü, 25.5-ci və 26.2-ci maddələrində” sözləri "və 18.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

4.3. 2.5-ci bənd üzrə:

4.3.1. "8.5-ci maddəsinin birinci və ikinci cümlələrində,” sözlərindən sonra "8.6-cı maddəsinin ikinci hissəsində,” sözləri əlavə edilsin;

4.3.2. "17.4-cü,” sözlərindən sonra "19.3-cü,” sözləri əlavə edilsin;

4.3.3. " 25.4-cü, ” sözlərindən sonra "25.5-ci, 26.2-ci və” sözləri əlavə edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA