Azərbaycanda 600 minlik maşın qəzaya düşdü - FOTOLAR

img

19-02-2015 [18:13]


Ərəb turistləri Azərbaycan regionuna səfər zamanı qəzaya düşüblər. 

Mia.az oxu.az-a istinadən xəbər verir ki, təqribən 10-15 gün əvvəl ölkəmizə gələn ərəblərin "Mercedes-Benz Gelandewagen AMG 63 6x6” markalı avtomobili Neftçala rayonunda palçığa batıb.

Ərəblərin batmış avtomobili digər "Mercedes-Benz Gelandewagen AMG 63 6x6” markalı avtomobil vasitəsilə ərazidən çıxarmaq cəhdi uğursuz alınıb, nəticədə avtomobilləri aşıb.

Turistlərin köməyinə yerli camaat gəlib, belə ki, onlar aşmış "Mercedes-Benz Gelandewagen AMG63 6x6” markalı avtomobili "MTZ-80” markalı traktor ilə ərazidən çıxardıblar.

Əldə etdiyimiz məlumata görə, ərəblər azərbaycanlıların köməyini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, "Mercedes-Benz Gelandewagen AMG 63 6x6”-nın orta qiyməti 650 000 dollar təşkil edir.

Xatırladaq ki, ərəb turistlər fevral ayından ölkəmizdə səfərdədir. Onlar iki 6 təkərli "Gelandewagen”, "Range Rover Cabrio” və daha 8 yolsuzluq avtomobilini Bakıya Dubay aviareysi ilə gətiriblər. Yerli KİV-in yaydığı məlumata görə ərəblər Azərbaycana nadir quşları ovlamaq üçün gəliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA