Cavid Qurbanov müavinləri ilə yollarını ayırır?!

img

19-02-2015 [17:01]


"Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanov yeni komanda ilə çalışmağa hazırlaşır.

Tia.az məlumat verir ki, prezidentin sərəncamı ilə quruma rəhbər gətirilən C.Qurbanov ələmə prosesinə start verməkdədir. Əldə etdiyimiz məlumata görə, C.Qurbanov birinci növbədə sabiq sədr Arif Əsgərovun kadrlarını "təmizləməyi” düşünür. Birinci müavin Əlirza Süleymanov, Qurban Nəzirov, İqbal Hüseynov və Etibar Niftəliyev baş dəmiryolçunun qara siyahısına düşə bilər. Bildirək ki, adıçəkilən sədr müavinlərinin hamısı eyni gündə, 22 fevral 2010-cu il tarixdə prezidentin sərəncamı ilə "Azərbaycan Dəmir yolları” QSC-yə sədrinin müavini vəzifəsinə təyin edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA