Qərib Məmmədovun başqa vəzifəsi də varmış-Müdir

img

19-02-2015 [13:26]


Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş rəhbəri Qərib Məmmədov heç də işsiz qalmayıbmış.

Axar.az xəbər verir ki, Qərib Məmmədov hazırda nəinki işsiz, əksinə, bir neçə vəzifədə çalışır.

Qərib Məmmədov Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvüdür və Aqrar elmlər bölməsinin akademik-katibidir. O, bundan əlavə pedaqoji fəaliyyətlə də məşğuldur. Keçmiş komitə rəhbəri paralel olaraq Bakı Dövlət Universitetində işləyir. O, BDU-nun Ekologiya və Torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq kafedrasının müdiridir.

- See more at: http://axar.az/news/44171#ad-image-0

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA