Söküləcək evlərlə bağlı ŞOK STATİSTİKA

img

19-02-2015 [13:03]


"Söküntü işləri qeyri-müəyyən vaxtadək təxirə salınıb”. Bu sözləri Axar.az-a SOCAR-ın Hüquq İdarəsinin rəis müavini Tərlan Tahirov ARDNŞ ərazisində qanunsuz olaraq tikilən evlərin taleyinə münasibət bildirərkən dedi. Qurum rəsmisinin sözlərinə görə, evlərin söküntüsü ilə bağlı məhkəmə qərarı var, amma vətəndaşları düşünüb söküntüyə başlamırlar: "SOCAR evlərin söküntüsü ilə bağlı qərar vermir. Bu qərar məhkəmə tərəfindən verilir və icraata da məhkəmə tərəfindən nəzarət olunur. SOCAR-ın vəzifəsi ərazisində ev tikən sakinləri məhkəməyə vermək və qanunuzluğun aradan qaldırılması üçün hüquqi addımlar atmaqdır. Məhkəmə də qanunsuz tikililərin sökülməsinə qərar verib. Lakin bir qurum kimi vətəndaşları düşünüb söküntü işlərinə təzyiq etmirik. Bu, qeyri-müəyyən vaxta kimi belə olacaq. Təkcə Binəqədi rayonunda 35 min söküntü qərarı olan tikili var. Bu insanları necə evindən etmək olar?".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA