19-02-2015 [09:47]
Mia.az xəbər verir ki, "Yeni Müsavat”a daxil olan informasiyalara görə, vergilər nazirinin hədəfində yüksək rütbəli məmurlara, oliqarxlara məxsus şirkətlər də var. İllərlə vergi borcunu ödəməyən şirkətlər indi büdcə vəsaitlərinin artmasına və Avropa Oyunlarına hazırlıq işlərinə "könüllü” yardım etməli olacaqlar.
Artıq ölkə boyu ən xırda ictimai-iaşə obyektlərindən başlamış iri şirkətlərə qədər vergi müfəttişlərinin ixtiyarına verilib. Bu prosesə qarşı çıxan, müqavimət göstərən hər kəs kəskin şəkildə cəzalandırılır.
Xırda sahibkardan oliqarxlara qədər hər kəsi zərbə altında qoyan bu işin başında duran vergilər naziri Fazil Məmmədovun tezliklə hücumlara məruz qalacağı və yüksək rütbəli məmurların müqaviməti ilə üzləşəcəyi istisna edilmir.
İqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasıda bildirdi ki, uzun müddət gəlirlərini dövlət büdcəsindən gizlədən məmurların hazırda aparılan yoxlamalara necə reaksiya verəcəyi heç kimə sirr deyil: "Azərbaycanda iri məmurlara bağlı böyük holdinqlərin vergidən yayınma halları ilə bağlı faktlar son illər daha çox işıqlandırılırdı, mətbuatda da bu məsələ müzakirə olunurdu. Yüksək rütbəli məmurlara məxsus və ya onların himayəsində olan iri şirkətlər vergidən ciddi şəkildə yayınırdılar. Təbii ki, indiki durumda dövlət büdcəsinin gəlirlərinin azaldığı bir vaxtda bu məsələnin həll edilməsi gündəmə gəlirsə, bu normal bir addımdır. Çünki ölkə büdcəsində yaranan problemlərin həlli yolları vergi yığımının effektivliyinin artırılmasından keçir. Vergilər Nazirliyi iri şirkətlərdə bu günə qədər aparılmayan ciddi yoxlamalara start verəcəksə və onların vergidən yayınmasının qarşısını alacaqsa, bu, bəyənilməli bir addımdır. Ancaq Azərbaycanda heç də hər şey bu qədər sadə deyil”.
Ekspertin fikrincə, burada çox ciddi maraqların kəsişməsindən söhbət gedir: "Müxtəlif şirkətlərin rəhbər şəxsləri olan məmurların bir-biriləri ilə şəxsi münasibətlərindən tutmuş bazarda yer qazanmaq üçün apardıqları anormal rəqabətə qədər bir çox problemlər yaşanır. Bu günə qədər oliqarxlara məxsus holdinqlərin vergidən yayınmasına göz yumulması başqa qeyri-leqal məsələlərdən xəbər verirdi.
Həmin holdinq sahiblərinin üzərinə bəzən büdcədə nəzərdə tutulmayan bəzi xərclərin qoyulması ilə bu əvəzlənirdi. Yəni, hər hansı bir holdinq vergidən yayınırdısa, o zaman haradasa bir məktəbin tikilməsinə, təmir olunmasına dövlətin etməli olduğu, amma etmədiyi işin həmin şirkət tərəfindən həyata keçirilməsinə şərait yaradılırdı. Belə demək mümkünsə, hökumətlə həmin oliqarxlar arasında ”centlmen razılaşması" var idi. İndi isə görünən odur ki, həmin razılaşma pozulub və şirkətlərlə dövlətin vergi orqanları arasında münasibətlər gərginləşəcək. Bu, iri məmurlar arasında olan münasibətləri də gərginləşdirə bilər. Çünki oliqarxlar arasında çox sıx əlaqələr var, qohumluq əlaqələri, biznes münasibətləri və sair. Bu, narazılığın artmasına səbəb olacaq. Ancaq ölkədə şəffaf və leqal şəkildə vergi sisteminin həyata keçirilməsinə çox böyük ehtiyac var. Çox arzu edərdik ki, hökumət bunu büdcədə olan problemləri qapatmaq üçün yox, əvvəlki illərdə də normal iqtisadi prosesin tərkib hissəsi kimi həyata keçirərdi. O zaman vergi yığımlarının həcmi indiki qədər kəskin şəkildə aşağı olmazdı".
Politoloq Natiq Miri isə artıq oliqarxların ən yüksək səviyyədə tapşırıq aldıqlarını və bu prosesə qarşı çıxmağın nə qədər təhlükəli olacağını anladıqlarını bildirdi: "Oliqarxlar tərəfindən Fazil Məmmədova qarşı ola biləcək hücumları mən istisna edirəm. Çünki bu, Fazil Məmmədovun ortaya qoyduğu bir məsələ deyil, hakimiyyətin çox yüksək səviyyədə qəbul etdiyi bir qərardır. İndiki şəraitdə neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dövlətin Neft Fondundakı və büdcədəki ehtiyatları tədricən əriməyə başlayıb. Manatın tədricən sərbəst buraxılması siyasəti də göstərir ki, hakimiyyət uzun müddət milyardlarla manatı havayı küləyə sovurmaq fikrində deyil. Ona görə də büdcəni yenidən toparlamaq üçün bu cür siyasətə əl atmaq məcburiyyətində qaldı. Ona görə də mən düşünmürəm ki, bu qərar oliqarxların Fazil Məmmədova qarşı hücumuna səbəb ola biləcək. Əksinə, oliqarxlar bu siyasəti anlayırlar. Mənim fikrimcə, bu cür tapşırıq verilməmişdən öncə yüksək rütbəli məmurlara göstərişlər verilib. Onlar bu məsələyə mane olmaq yerinə büdcəyə toplanan vəsaitin artırılması üçün öz köməklərini əsirgəməyəcəklər. Çünki məhz hakimiyyətin yaratdığı şərait əsasında oliqarxlar bu qədər vəsaitə sahib olublar. İndi dövlətin ehtiyaclarının artdığı bir şəraitdə onlar da yararlı olmağa çalışmalıdırlar”.
Politoloqun fikrincə, böhranla üzləşən əksər xarici ölkələrin təcrübəsində bu kimi hallar yaşanır və dövlət müəyyən mərhələdə oliqarxları köməyə çağırır: "Bu, təkcə Azərbaycana aid məsələ deyil. Bu siyasət Rusiyada da baş verdi. Rubl öz dəyərini kəskin itirdiyi ərəfədə Putin Rusiya oliqarxlarını öz kabinetinə çağırdı və rublun mövqeyinin möhkəmlənməsi üçün konkret tapşırıqlar verdi. Bu mənada orada bütün oliqarxlar rublun sabit saxlanılması üçün çalışırlar. Bu siyasət Azərbaycanda da davam edir. Kim bu siyasətə qarşı çıxacaqsa, həmin məmur dərhal zərərsizləşdiriləcək və bütün kapitalı əlindən alınacaq. Ona görə düşünürəm ki, böyük bir sabotaj gözlənilmir”.
Natiq Miri onu da vurğuladı ki, Fazil Məmmədova qarşı çıxan istənilən şəxs həmin andan etibarən həm vəzifəsini, həm də kapitalını itirmiş sayılır: "Ancaq hansısa oliqarxlar öz müəssisələrinə görə etiraz edəcək, qalmaqal yaradacaqsa, həmin şirkətlərdə dərhal total yoxlamalar başlanacaq, qazandığı bütün sərvət əlindən alınacaq. Mən bu dərəcəyə çatacağını düşünmürəm. Azərbaycanda hakimiyyətə qarşı çıxmağa cəhd edəcək oliqarxların olduğuna inanmıram. Bu elə bir sistemdir ki, bu sistemin ortaya qoyduğu qaydalardan kənara çıxmaq mümkün deyil. Kənara çıxan olacaqsa dərhal vurulacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi