Artur Rəsizadə qərar verdi; bu şəxslərə güzəşt ediləcək - SİYAHI

img

19-02-2015 [09:45]


Baş nazir Artur Rasizadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri”nə dəyişiklik edib.

Mia.az xəbər verir ki, ödəniş zamanı edilən güzəştlər aşağadakı qrup şəxslərə şamil ediləcək.

1.1. elmi və pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə;

1.2. ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə.

İnformasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilən güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Bu zaman güzəştin həcmi informasiyanın hazırlanması və verilməsi üçün çəkilən xərclərin 50 faizindən az olmamalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA