Elnur Hüseynov "O səs Türkiyə"nin qalibi oldu - VİDEO

img

19-02-2015 [02:31]


Türkiyənin TV8 kanalında yayımlanan "O səs Türkiyə” mahnı yarışmasında final gecəsidir, 4 yarışmaçı qalib olmaq uğrunda ifalarını təqdim edir. Onlardan biri azərbaycanlı müğənni Elnur Hüseynovdur.
Xatırladaq ki, "TV8” kanalında yayımlanan Acun İlıcalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alırlar.

***

Ebru Gündeşin komandasında yarışan Elnurun gecədəoxuduğu ilk mahnı "OSole Mio" opera parçası olub.

***
Elnur Hüseynovun finalda ikinci ifası Sertab Erenerin "Aşk" mahnısı olub.

***

Finalda ilk səsvermə keçirilib və Elnur Hüseynov 3 nəfərdən biri olmaqla yarışmaya davam etmək şansı qazanıb. Rep ifaçısı Zeo məğlub olaraq yarışmadan çıxıb.

***
Finalda növbəti səsvermə keçirilib və Əmrah adlı yarışmaçı da səhnəni tərk etməli olub. İndi Elnur Hüseynov türkiyəli ifaçı Qaya ilə çempion olmaq uğrunda yarışmaqdadır..

Final davam edir....







Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA